Bir neçə gün əvvəl Türkiyə millisindən istefaya göndərilən baş məşqçi Stefan Kuntsun yeni iş yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, 60 yaşlı almaniyalı mütəxəssis öz ölkəsində çalışacaq.
Belə ki, o, Almaniyanın qadınlardan ibarət əsas milli komandasının baş məşqçisi olacaq.
Xatırladaq ki, Kunts 2021-ci ilin sentyabrından Türkiyə millisini çalışdırırdı. "Ay-ulduzlular" onun rəhbərliyi altında 20 matçda 12 qələbə qazanıb, 3 heç-heçə edib, 5 dəfə məğlub olub.