İranın son çempionu "Traktor" yeni mövsümə məğlubiyyətlə başlayıb. Sport24.az xəbər verir ki, "qurdlar" bir neçə gün əvvəl Superkubokda 2:1 hesabı ilə qalib gəldiyi "Esteqlal"a bu dəfə "doğma divarlar" arasında 0:1 hesabı ilə məğlub olub.

 

Bu, "Traktor"un son yeddi ayda ilk məğlubiyyəti olub. Təbriz klubu sonuncu dəfə bu ilin yanvarında "Persepolis"ə yenilmişdi - 0:2.