"Sevilya"nın və Fransa millisinin müdafiəçisi Loik Bade "Bayer"ə keçməyə yaxındır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Tərəflər "30 milyon avro + bonuslar" şərti ilə razılığa gəliblər.
Futbolçu Leverkuzen klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayacaq.
Qeyd edək ki, Bade ötən mövsüm La Liqada 32 oyuna çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.