Superkompüter "Opta Analitik" klublararası dünya çempionatının yarımfinalından öncə komandaların şanslarını dəyərləndirib. Sport24.az xəbər verir ki, kuboku qazanmağa əsas iddiaçı PSJ-dir. Fransa klubunun şansı 39, 33 faizdir.

 

İkinci yerdə olan "Çelsi"sinin şansları - 33,27 faiz dəyərləndirilir. "Real" 24,67 faizlə üçüncü yerdə qərarlaşıb. Braziliya təmsilçisi "Fluminense"də isə bu göstərici 2,72 faizdir.

 

Qeyd edək ki, yarımfinalda PSJ "Real"la. (9 iyul), "Çelsi" isə "Fluminense" ilə (8 iyul) qarşılaşacaq. Final oyunu iyulun 13-də baş tutacaq.