Səudiyyə Ərəbistanı "Əl-İttifaq"ı baş məşqçisi Stiven Cerrardı istefaya göndərib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Tərəflərin müqaviləni qarşılıqlı razılığı əsasında ləğv etdikləri bildirilib.

 

İngiltərəli mütəxəssis 2023-cü ilin yayında "Əl-İttifaq"a baş məşqçi təyin olunmuşdu. Əvvəllər Cerrard "Aston Villa" və "Reyncers"ə də rəhbərlik edib. O, həm də "Liverpul"un gənclər komandası ilə çalışıb.