"İnter"in futbolçusu Lautaro Martines UEFA Çempionlar Liqasında yeni uğura imza atıb. Sport24.az xəbər verir ki, 27 yaşlı hücumçu Liqa mərhələsinin son turunda "Monako" ilə görüşdə (3:0) het-trik etməklə buna nail olub.

 

 

Argentinalı hücumçu "İnter"in heyətində ÇL-də 17-ci qolunu vurub. O, bu göstəricidə komandanın sabiq futbolçusu Sandro Matsolaya çatıb.

 

Qeyd edək ki, Lautaro Martines bu mövsüm Milan klubunun heyətində bütün turnirlərdə 30 oyuna 15 qol vurub, 6 qol ötürməsi edib.