Tofiq Bəhramovun 100 illiyi münasibətilə yubiley matçı futbol veteranlarının qələbəsi ilə bitib
Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə futbol veteranları və idman jurnalistləri arasında yubiley matçı keçirilib. Sport24.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunun təşkilatçılığı ilə baş tutan qarşılaşmadan öncə Dövlət Himni səsləndirilib.
Daha sonra Vətən müharibəsi şəhidlərinin və mərhum hakim Tofiq Bəhramovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşün start fiti qərarı ilə tarixə düşən hakimin nəticəsi Bəhram Bəhramov topa simvolik toxunuşu ilə verilib. Bir saat davam edən matç futbol veteranlarının 8:3 hesablı qələbəsi ilə yekunlaşıb.