"Bayer" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Aston Villa"dan Emiliano Buendianı heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi mövsümün sonuna kimi "Bayer"in formasını geyinəcək.

 

Argentinalı yarımmüdafiəçi bu mövsüm 19 oyunda 1 qol vurub.