Brendan Rodcers "Seltik"in baş məşqçisi postundan istefa verib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
52 yaşlı şimali irlandiyalı mütəxəssis 2023-cü ilin iyul ayından "Seltik"də çalışırdı. Komanda onun rəhbərliyi altında iki dəfə ölkə çempionu olmaqla yanaşı, Şotlandiya Kubokunu və Şotlandiya Liqa Kubokunu qazanıb.
Qeyd edək ki, "Seltik" hazırda turnir cədvəlində lider "Harts"dan səkkiz xal geri qalaraq ikinci yerdə qərarlaşıb.