"Ən yaxşı oyunumuzu sərgiləmədik". Bu sözləri Sport24.az-a "Sabah"ın futbolçusu Coy-Lens Mikels deyib.

31 yaşlı hücumçu Misli Premyer Liqasının IX turunda "Arax-Naxçıvan"la heç-heçə etdikləri (2:2) matçla bağlı fikirlərini bölüşüb:

"Oyun ərzində bir çox qol fürsətimiz olsa da, lazımınca dəyərləndirə bilmədik. Əvəzində, oyunun son dəqiqəsində künc zərbəsi zamanı adi səhvə yol verdik və vacib 2 xal itirdik. Fikrimcə, qalib gəlməli olduğumuz oyun idi".

Almaniyalı forvard qarşılaşmadakı hakim idarəçiliyi barədə danışıb:

"Hakimin son dəqiqədə verdiyi cərimə zərbəsi də qəribə idi. Artıq bu matçı unudub, qarşıdakı oyunumuza köklənməliyik. İnanıram ki, "Qəbələ" ilə oyundan 3 xalla ayrıla biləcəyik".