"Tottenhem" qış transfer dönəmində hücumçu Dominik Solankeni satmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 28 yaşlı ingilis London klubunun baş məşqçisi Tomas Frankın etimadını qazana bilməyib. Futbolçunun tez-tez zədələnməsi də baş məşqçini narazı salıb.

 

Solanke cari mövsümdə meydana çıxdığı 3 oyunda heç nə ilə yadda qalmayıb. Onun klubla hazırkı müqaviləsi 2030-cü ilin yayında başa çatır. "Transfermarkt" portalı onun transfer dəyərini 40 milyon avro olaraq qiymətləndirir.

"Tottenhem" qışda yeni hücumçu transfer etməyi planlaşdırır. Hazırda "Əl-Əhli"nin formasını geyinən İvan Toni əsas namizədlər arasındadır.