"Arsenal" hücumçusu Bukayo Saka ilə müqaviləni uzatmağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "Football Insider" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, müqavilənin yenilənmiş şərtlərə əsasən 24 yaşlı ingilisi həftədə təxminən 343 min avro qazanacaq. Bununla da Saka "Arsenal"ın tarixinə ən çox maaş alan oyunçu kimi düşəcək.

 

Müqavilə beş il müddətinə uzadılacaq.

 

Qeyd edək ki, forvardın klubla hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır. Saka cari mövsümdə meydana çıxdığı 10 matçda 3 qola imza atıb. 

"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 140 milyon avro qiymətləndirir.