"Atletiko Madrid"in baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının 1/8 final mərhələsində bu gün, fevralın 20-də baş tutacaq komandaların oyunu öncəsi "İnter"in hücumçusu Lautaro Martines haqda fikirlərini bölüşüb.
Sport24.az xəbər verir ki, argentinalı mütəxəssis futbolçunun daha əvvəl Madrid klubunda çıxış etmək imkanının olduğunu bildirib:
"Lautaro Martinez kimi gənc oyunçular inkişaf etdikdə, onlara heyran olmaya bilmirəm. Lautaro vaxtı ilə bizim üçün oynamaq şansı olan, lakin başqa klubu seçən oyunçudur. Qısacası o, güclü futbolçudur. Onun başqa komandanı seçməsi ilə bağlı heç bir etirazım yoxdur. Mən onun üçün xoşbəxtəm, çünki o, argentinalıdır".
Xatırladaq ki, mətbuatda yayılan məlumatlara görə, Martinez 2018-ci ildə Argentinanın "Reysinq" klubunda çıxış etdiyi zaman Madrid "Atletiko"suna keçə bilərdi.