"Yuventus"un yarımmüdafiəçisi Filip Kostiç "Əl-Kadisiya"nın maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb.

 

Səudiyyə klubu 33 yaşlı futbolçunu transfer etmək üçün danışıqlara başlayıb. Serbiyalı futbolçu ilə "Fiorentina" da maraqlanır.

 

Qeyd edək ki, Kostiç keçən mövsüm 23 oyunda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

"Əl-kadisiya" Səudiyyə Pro Liqasında dördüncü yeri tutaraq Asiya Çempionlar Liqasına vəsiqə qazanıb.