Fevralın 23-nə keçən gecə Meksika çempionatının səkkizinci turunun oyunları keçirilib. Sport24.az xəbər verir ki, "Monterrey" öz meydanında "Atletiko"nu qəbul edib.

 

Meydan sahiblərinin 3:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada "Real"ın və İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos yeni komandasında debüt edib.

 

Kapitan sarğısı ilə meydana çıxan Ramos 80-ci dəqiqədə əvəzlənib. "Flashscore" portalı ispan futbolçunun çıxışını 7,5 balla qiymətləndirib.