"İnter Mayami"nin yarımmüdafiəçisi Serxio Buskets peşəkar futboldan getməyə qərar verib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial platformasında məlumat paylaşıb.

 

Mənbənin sözlərinə görə, 37 yaşlı ispaniyalı MLS-in cari mövsümü başa çatdıqdan bir neçə həftə sonra komanda ilə vidalaşacaq.

 

Qeyd edək ki, Buskets 2023-cü ildən "İnter Mayami"də çıxış edir. ABŞ-yə köçməmişdən öncə isə karyerası boyu yetirməsi olduğu "Barselona"nın formasını geyinib. Klub karyerası ərzində bütün yarışlarda 829 oyun keçirib, 19 qol vurub və 62 məhsuldar ötürmə edib.