"Beşiktaş" Super Liqanın XXVIII turunda "Fənərbağça"ya uduzub – 0:1. Sport24.az xəbər verir ki, matçdan sonra "qara qartallar"ın baş məşqçisi Sərgən Yalçın fikirlərini bölüşüb.

 

"BeinSports"a açıqlama verən mütəxəssin rəqibin son dəqiqədə qazandığı penaltinin ədalətsiz qərar olduğunu deyib:

 

"Nəticədən sonra hakimlik müzakirə olunmalıdır. Təyin olunan penalti qərarı düzgün deyildi. Bizi məyus edən budur. İlk dəfə deyil ki, məğlub oluruq. Amma ədalətsiz qərarla uduzmaq bizi incidir".