"İnter"in keçmiş baş məşqçisi Simone İnzaqi adının İtaliya yığması ilə hallanmasına münasibət bildirib. Sport24.az xəbər verir ki, hazırda "Əl Hilal"a rəhbərlik edən mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında bunları deyib:
"Səudiyyə Ərəbistanıda hər şey məni qane edir. İnfrastruktur, həyat tərzi xoşdur. İtaliya yığması ilə adımın hallanması? Mənim pula ehtiyacım yoxdur. Təəssüflənirəm ki, milli komandamız dünya çempionatına vəsiqə qazana bilmədi. Amma əminəm ki, İtaliya futbolu yenidən dirçələcək.
Hazırda "Əl Hilal"a rəhbərlik edirəm və burda xoşbəxtəm. Milli komanda ilə adımın hallanması xoşdur. Lakin klubla müqaviləmin müddəti hələ bitməyib".
İtaliya yığmasında bir neçə gün əvvəl baş məşqçi Cennaro Qattuzo ilə yollar ayrılıb.