"Qarabağ"ın futbolçusu Marko Yankoviçin karyerasını ölkəsində davam etdirmək ehtimalı var. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Monteneqro çempionatının hazırkı lideri "Sutyeska" 30 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. 

 

Lakin Nikşiç təmsilçisi bu transfer üçün yüksək məbləğ ödəmək niyyətində deyil.

 

Digər tərəfdən, Yankoviçin özü də hələlik vətəninə qayıtmağa isti yanaşmır. Peşəkar karyerası ərzində Monteneqro klublarında çıxış etməyən təcrübəli futbolçu daha güclü çempionatlarda oynamağı prioritet sayır. Bu səbəbdən o, yay transfer pəncərəsində daxil olacaq təklifləri dəyərləndirməyi planlaşdırır.

 

Qeyd edək, Marko Yankoviç 2022-ci ildən Ağdam klubunun formasını geyinir. Onun klubla 2027-ci ilin yayınadək müqaviləsi var.