"Zenit”in baş məşqçisi Sergey Semak “Neftçi”ylə matçdan öncə rumın həmkarı Adrian Mutu ilə isti görüşməsi haqda danışıb.Sport24.az xəbər verir ki, rusiyalı mütəxəssis “Nə vaxt və harada dostlaşmısınız?” sualını belə cavablandırıb: “Biz dost deyilik, amma həmkarıq. Buna görə də işin mahiyyətini başa düşürük. Bu, bizi bir-birimizə daha da yaxınlaşdırır. Adrianı böyük futbolçu kimi tanıyıram. Bugünkü və gələcək matçlarda bir-birimizə uğurlar arzuladıq”.
Qeyd edək ki, dünən “Neftçi” Bakıda “Zenit”lə yoxlama oyunu keçirərək 2:1 hesabı ilə qalib gəlib.