Braziliya çempionatının yüksək divizionunu tərk etdiyi üçün "Santos"un azarkeşləri komandanın hücumçusu Stiven Mendozanın avtomobilini yandırıblar.

Komanda.az "Globo"-ya istinadən xəbər verir ki, bu, azarkeşlər futbolçunun avtomobilindən başqa stadionun yaxınlığında bir neçə maşını və avtobusu da yandırıb. Təhlükəsizliyi gücləndirmək üçün helikopterlər və hərbi polis cəlb edilib.

 

Qeyd edək ki, "Santos" tarixində ilk dəfə aşağı dəstəyə yuvarlanıb.