Qabriel Barbosa "Kruzeyro"dan ayrılaraq "Santos"a üz tutub. Sport24.az xəbər verir ki, bu barədə Braziliya klubunun rəsmi məlumat paylaşıb.

 

28 yaşlı braziliyalı oyunçu 2026-cı ilin sonuna qədər icarə əsasında "Santos"un formasını geyinəcək. 

 

Qeyd edək ki, Barbosa "Santos"un yetirməsidir. Hücumçu 2016-cı ildə "İnter"ə qoşulub və 2018-ci ildə doğma klubuna icarəyə qayıdıb. O, "Santos"un əsas komandasında 207 oyun keçirib, 83 qol vurub və 13 məhsuldar ötürmə edib.