"Santos" baş məşqçisi Kleber Xavyerlə yolları ayırıb. Sport24.az xəbər verir ki, bu barədə Braziliya klubunun mətbuat xidməti məlumat yayıb.
Dünən "Santos" Braziliya çempionatının 20-ci turunda "Vasko da Qama"ya məğlub olub. Qarşılaşma qonaqların 6:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, "Santos" hazırda 21 xalla turnir cədvəlinin 15-ci pilləsində yer alıb. Neymarın formasını geyindiyi komandanı təhlükəli zonadan cəmi iki xal ayırır.