"Nyukasl"ın yarımmüdafiəçisi Sandro Tonali karyerasını "Tottenhem"də davam etdirəcək. Sport24.az insayder Canluka Di Marsioya istinadən xəbər verir ki, italyan yarımmüdafiəçi artıq London klubuna keçməyə razılıq verib.
Tonali italyan məşqçi Roberto De Zerbinin rəhbərliyi altında oynamaq istəyir.
İndi klublar transfer haqqı barədə razılığa gəlməlidirlər. "Nyukasl" əvvəllər "Tottenhem"in 90 milyon avroluq təklifini rədd etmişdi. "Sağsağanlar" futbolçuya görə qarşı tərəfdən 100 milyon avro tələb edir.
Qeyd edək ki, bir müddət əvvəl Tonalinin"Arsenal", "Mançester Siti" və "Mançester Yunayted"in də maraq dairəsində olduğu bildirilirdi.