ABŞ, Meksika və Kanadada keçirilən mundialda yeni tamaşaçı rekordu qeydə alınıb. Sport24.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.  

 

Rekord Almaniya və Ekvador arasında qrup mərhələsi matçında (1-2) yaşanıb. Bu qarşılaşma da daxil olmaqla geridə qalan oyunları stadionlardan 3.605.357 tamaşaçı izləyib.

 

Əvvəlki rekord 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında (3.587.538) qeydə alınıb.

 

Qeyd edək ki, DÇ-2026 iyulun 19-da başa çatacaq. Bu, 48 komandanın iştirak etdiyi ilk dünya çempionatı kimi tarixə düşüb.