Avstraliyalı məşqçi Ange Postekoqlu, Türkiyənin DÇ-2026-nın qrup mərhələsinin üçüncü turunda ABŞ üzərində 3-2 hesablı qələbəsini şərh edib. Sport24.az xəbər verir ki, o, bu barədə BBC-yə danışıb:

 

"Türkiyə qələbəsindən çox məmnun olacaq, amma eyni zamanda öz səviyyələrini bildikləri üçün özlərini də qınayacaqlar. Onların istedadlı oyunçuları var, amma qrup liderini məğlub edərək turniri tərk etdilər. Şübhəsiz ki, bu qrupdan çıxmaq üçün kifayət qədər yaxşı idilər".  

 

Qeyd edək ki, D qrupunda ABŞ 6 xalla birinci yeri tutub və 1/16 finalda Bosniya və Herseqovina ilə qarşılaşacaq. Türkiyə isə 3 xalla sonuncusu olub.