Dövlət ittihamçısı Moskva vilayətinin Odintsovo Şəhər Məhkəməsinin hakimindən Moskva "Lokomotiv"inin Direktorlar Şurasının keçmiş sədri Sergey Lipatovun 2002-ci ildə törətdiyi cinayətə görə 12 il həbs cəzasına məhkum edilməsini istəyib. Sport24.az xəbər verir ki, bu barədə "Matc TV" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, əvvəllər Lipatovun milyarder Valeri Tsimbayevin iştirak etdiyi sifarişli qətl işi ilə əlaqəli olduğu bildirilirdi.

 

Müstəntiqlər onun "Inurconsult" hüquq firmasının direktoru Aleksandr Fominovun qətli üçün pul ödədiyindən şübhələnirlər.

 

Qeyd edək ki, Lipatov sifarişli qətl işində günahını tam etiraf edib.