Braziliyalı hücumçu Derik Laserdanın qış "transfer pəncərəsi"ndə "Qarabağ"a keçməməsinin səbəbi bəlli olub. Sport24.az. bu barədə etibarlı mənbədən məlumat əldə edib.

Əslində, 26 yaşlı futbolçu Azərbaycan çempionunda oynamaq istəyib. Lakin danışıqlar zamanı maaşda anlaşma əldə olunmayıb.

Ölkəsində "Kuyaba" klubuna məxsus olan oyunçu Rusiya təmsilçisi "Baltika"ya icarəyə verilib. O, mövsümün sonunadək bu komandada çıxış edəcək.

Buna baxmayaraq hücumçu hələ də "Qarabağ"ın transfer siyahısındadır. Azərbaycan çempionu yayda növbəti dəfə oyunçu üçün müraciət edəcək.

Lakin UEFA növbəti mövsümdən Rusiya klubları ilə bağlı qadağanı aradan qaldırsa və "Baltika" avrokuboklara vəsiqə qazansa, Laserda bu klubda qalmağa müsbət baxacaq.

Əks halda o, yayda "Qarabağ"a keçməyi planlaşdırır və "Baltika"ya bu səbəbdən birdəfəlik transfer olmayıb.

Qeyd edək ki, Erik Laserda 2025-ci ildə icarə əsasında "Sport Recife"də çıxış edib, 17 oyunda 6 qolla yadda qalıb.