"Qarabağ"ın gələn həftə qarşılaşacağı FCSB-nin baş məşqçisi Elias Xaralambus Ağdam təmsilçisi ilə oyun barədə danışıb. Sport24.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı kiprli mütəxəssis Bakıdan xalla dönmək istədiklərini bildirib:

 

   

 

"Avropada bütün oyunlar çətindir. "Qarabağ" yaxşı və təcrübəli komandadır. Avropa təcrübəsi çoxdur. Biz sübut etmişik ki, Avropada yaxşı oynayırıq və bunu yenə edə bilərik. Qarşıdakı iki matçda ("Qarabağ" və "Mançester Yunayted"lə oyunlarda) çox xal toplamalıyıq ki, ən yaxşı 8 komanda sırasına düşə bilək".

 

Baş məşqçi "Hermannştad"la yerli liqa matçında qaçırtdıqları qol imkanlarını "Qarabağ"la oyunda istifadə edəcəklərinə inandığını vurğulayıb.

 

Qeyd edək ki, Avroliqada 6 turdan sonra FCSB 11 xalla 10-cu, "Qarabağ" isə 3 xalla 33-cü yerdədir.