"Kayrat"ın və Qazaxıstanın gənclərdən ibarət yığmasının mərkəzi hücumçusu Dastan Satpayev karyerasını "Çelsi"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

 

Bildirilir ki, londonlular 16 yaşlı futbolçunun transferi ilə bağlı "Kayrat"la razılığa gəliblər. Transferin gələn həftə reallaşacağı gözlənilir. Müqavilənin təfərrüatları hələlik məlum deyil.

 

Qeyd edək ki, 2024-cü ilin dekabrında Satpayev "Çelsi"də baxışda olub.