Çempionlar Liqasında bu mövsüm uğurlu driblinq edən futbolçuların adları açıqlanıb. Sport24.az xəbər verir ki, "Qalatasaray"dan Leroy Sane, "Barselona"dan Lamin Yamal, "Bayern Münxen"dən Maykl Olise və "Budö-Qlimt"dən Yens Hauge eyni nəticəni göstərib.
Onların uğurlu driblinqlərinin sayı 18-dir.
Bu statistika həmin futbolçuların müdafiəçiləri asanlıqla keçmək, hücumları sürətləndirmək və oyun ritmini dəyişmək baxımından mövsümdə nə qədər önəmli rol oynadıqlarını göstərir.