“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo Premyer Liqanın 9-cu turunda “Liverpul”a məğlub olduqları oyundan (0:5) sonra fikirlərini bildirib.

Sport24.az xəbər verir ki, portuqaliyalı hücumçu, “instaqram” hesabında paylaşım edərək, bunları deyib:

“Bəzən nəticə istədiyimiz kimi olmur. Bütün məsuliyyət bizdədir. Günahkar axtarmaq lazım deyil. Azarkeşlərimizin dəstəyi möhtəşəm idi. Onlar yaxşı nəticələrə layiqdirlər. Daha yaxşısını etməliyik”.