Portuqaliyalı futbolçu Kriştiano Ronaldo koronavirus pandemiyası zamanı maaşların verilməməsinə görə “Yuventus” klubunu məhkəməyə verib. Sport24.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”də çıxış edən 38 yaşlı hücumçu həmin dövrdə ödənilməmiş 19,9 milyon avronu geri qaytarmaq niyyətindədir.