Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ölkə prezidenti Antonio Jose Seguroya simvolik hədiyyə təqdim edib. Sport24.az yığmanın mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə başçısı dünya çempionatına yola düşməzdən əvvəl milli komandanın oyunçularını və məşqçi heyətini qəbul edib.

 

Ronaldo prezidentə kürəyində adı və 2026 rəqəmi yazılmış milli komanda formasını, prezident isə öz növbəsində hücumçuya Portuqaliya bayrağı hədiyyə edib.

 

Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Portuqaliya Konqo Demokratik Respublikası, Kolumbiya və Özbəkistanla eyni qrupda mübarizə aparacaq.