İtaliyanın "Roma" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, A Seriyası təmsilçisi "Brayton"dan Evan Ferqyusonu transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

"Roma" irlandiyalı forvard üçün İngiltərə klubuna 3 milyon avro icarə haqqı ödəyəcək. "Canavarlar" 40 milyon avro ödəməklə 20 yaşlı hücumçunun transfer hüquqlarına yiyələnə bilər.

 

Qeyd edək ki, "Brayton" Evan Ferqyusonu 2021-ci ilin yanvar ayında "Bohemyans"ın akademiyasından transfer edib. İrlandiya millisinin üzvü ötən mövsümün ikinci yarısında icarə əsasında "Vest Hem"in formasını geyinib.