İtaliyanın “Roma” klubu mövsümün sonunda baş məşqçi Paulo Fonseka ilə yollarını ayıracaq. Sport24.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə, Fonsekanın mövsümün sonunda klubdan ayrılacağı bildirilib.
Fonseka 2019-cu ilin yayından “Roma”nı çalışdırır. Onun rəhbərlik etdiyi komanda A Seriyasında 7-ci sıradadır.