İtaliya millisinin müdafiəçisi Rikkardo Kalafiori UEFA Millətlər Liqasının ¼ final mərhələsi çərçivəsində qarşılaşacaqları Almaniya ilə matç barədə danışıb. Sport24.az xəbər verir ki, futbolçu UEFA-nın rəsmi saytına oyunla bağlı açıqlama verib:
"Millətlər Liqasının yarımfinalına çıxmaq istəyirik. Almanlar həmişə özünə güvənən komanda olublar, amma biz onları göydən yerə endirməyə çalışacağıq.
Hər matçın özünəxas hekayəsi var. Başımız buludlarda deyil və ən yaxşı futbolumuzu göstərməyə çalışacağıq. İtaliya-Almaniya matçlarını heç nə ilə müqayisə etmək olmaz".
Qeyd edək ki, UEFA Millətlər Liqasının son qalibi İspaniyadır.