Markus Reşford arzuolunmaz vəziyyətə düşüb. Sport24.az xəbər verir ki, “Mançester Yunayted”in hücumçusu avtomobil qəzası keçirib.
“The Sun” qəzetinin xəbərinə görə, hadisə futbolçunun İngiltərə premyer-liqasında “Bernli” üzərində qələbədən (1:0) sonra məşq mərkəzindən qayıdan zaman baş verib. Qəza hadisəsindən sarsıldığı bildirilən 25 yaşlı oyunçu ciddi xəsarət almayıb. Amma onun 700 min funt sterlinq dəyərində olan “Rolls Royce” markalı avtomobili zədələnib.
Yeri gəlmişkən, Markus bu mövsüm bütün turnirlərdə MY-nin heyətində 6 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsu