"Real"ın yarımmüdafiəçisi Reyner tezliklə komandadan ayrılacaq. Sport24.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub 23 yaşlı braziliyalının xidmətində maraqlı deyil. Yarımmüdafiəçi yay transfer dönəmində satılmayacağı təqdirdə, onunla müqaviləyə xitam vermək variantını nəzərdən keçirilir.
Qeyd edək ki, Madrid klubu Reyner üçün 2020-ci ildə "Flamenqo"ya 30 milyon avro ödəyib. O vaxtdan futbolçu əsas komandada debut etməyib. Yarımmüdafiəçi icarə əsasında "Borussiya", "Jirona", "Frozinone" və "Qranada"da çıxış edib. "Transfermarkt" portalı Reynerin bazar dəyərini 1,5 milyon avro olaraq qiymətləndirir. Onun "Real" ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.