"Real"ın keçmiş futbolçusu Lukas Vaskes karyerasını Almaniyada davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində paylaşım edib.

 

Mənbənin məlumatına görə, ispaniyalı "Bayer"lə müqavilə imzalayacaq. Artıq tərəflər arasında razılıq əldə olunub. Futbolçu azad agent kimi Leverkuzen klubuna keçəcək. Futbolçu hətta gizli şəkildə tibbi müayinədən keçib, müqavilə bu gün açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, Vaskes bu yayın əvvəlində "Real"dan ayrılıb. 34 yaşlı futbolçu 2007-ci ildən "Kral klubu"nun formasını geyinirdi. O, Madrid təmsilçisinin heyətində ümumilikdə 402 oyuna çıxıb.