"Cadena SER"in jurnalisti Qonsalo Alvares sözlərinə görə, "Real"ın futbolçuları yeni baş məşqçi kimi Joze Mourinyodansa Yurgen Kloppa üstünlük verirlər. Sport24.az xəbər verir ki, o, bu barədə "El Bar de Sique" proqramında qonaq olarkən danışıb.

 

"Kral klubu"nun oyunçularının fikrincə, Mourinyonun iş metodu komanda daxilində gərginliyə səbəb ola bilər. Portuqaliyalı məşqçi futbolçulara qarşı daha sərtdir. Klopp isə oyunçular tərəfindən daha çox bəyənilir.

 

Alvares həmçinin klub prezidenti Florentino Peresin bütün bu nüansları nəzərə aldığını da vurğulayıb.

 

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda Madrid klubunun hazırda "Benfika"nın "sükanı arxasında" Mourinyonu baş məşqçi postuna dəvət etmək istədiyi barədə xəbərlər yayılıb.