"Real"ın dayaq yarımmüdafiəçisi Mario Martini "Xetafe"yə icarəyə verilib. Sport24.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
İspan klubları arasındakı müqavilə 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.
Qeyd edək ki, 21 yaşlı Martin ötən mövsüm icarə əsasında "Valyadolid"də çıxış edib və La Liqada 30 matçda 1 məhsuldar ötürmə edib.