Çempionlar Liqasında 1/4 final mərhələsi start götürüb. Sport24.az xəbər verir ki, ilk gündə 2 matç keçirilib.

 

   

 

"Bavariya" "doğma divarlar" arasında "İnter"i qonaq edib. Matç qonaqların  qələbəsi ilə yekunlaşıb - 1:2.

 

Londonda isə "Arsenal" turnirin son qalibi "Real" ilə üz-üzə gəlib. "Topçular" Madrid təmsilçisini 3 cavabsız qolla məğlub edib. olub. 

 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunları 15 və 16 aprel tarixlərində keçiriləcək.

 

"Bavariya" (Almaniya) - "İnter" (İtaliya) - 1:2

Qollar: Müller, 85 - Martinez. 38, Frattesi, 88

Hakimlər: Sandro Şerer, Stefan de Almeyda, Yonas Erni, Lukas Fendriç (hamısı İsveçrə)

VAR: Fedayi San (İsveçrə)

AVAR: Pol van Bukel (Niderland)

 

"Arsenal" (İngiltərə) - "Real" (İspaniya) - 3:0

Qollar: Rays, 58, 70, Merino, 75

Qırmızı vərəqə: Kamavinqa, 90+4 ("Real")

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Beljo, Miloş Qiqoviç (hamısı Bosniya və Herseqovina)

VAR: Bastian Dankert (Almaniya)

AVAR: Kristian Dinqert (Almaniya)