"Mançester Siti"nin hücumçusu Erlinq Haaland komandanın baş məşqçisi Xosep Qvardiola haqda fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, norveçli forvard "Sky Sports"un sorğusuna cavab olaraq bunları deyib:

 

"Qvardiola dünyanın ən yaxşı məşqçisidir. Düşünürəm ki, o, futbol tarixinin ən yaxşısıdır".

 

Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir. Komanda onun başçılığı altında 6 dəfə Premyer Liqanı, 1 dəfə Çempionlar Liqasını qazanıb.