Futbol üzrə Moldova çempionatında 15-ci turun oyunları keçirilib.

Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Orxan Qurbanlının formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Zimbru” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Orxan bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Keçirdiyi 15 oyunda 17 xal toplayan “Dinamo-Avto” 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.