Almaniya yığmasının yarımmüdafiəçisi Paskal Qrossun "Borussiya"ya transferi rəsmiləşib. Sport24.az xəbər verir ki, 33 yaşlı futbolçu klub ilə 2 illik müqaviləyə qol çəkib.
Paskal Qros "Brayton"dan Dortmund "Borussiya"sına keçid edib.
"Borussiya" Dortmund oyunçusu olmaqdan məmnunluq duyuram. Uşaqlıqdan Dortmund azarkeşi olduğum üçün bu klubla müqavilə bağlamaq mənim üçün çox əhəmiyyət kəsb edir", - Qross deyib.