Cennaro Qattuzonun işsiz günləri başa çata bilər. Sport24.az "Sky Sport"a istinadən xəbər verir ki, "Marsel" italiyalı mütəxəssisə təklif göndərib.
Fransa klubunun rəhbərliyinin Qattuzo ilə ilkin razılıq əldə etdiyi bildirilir.İtalyan mütəxəssis 2025-ci iyunun 30-na qədər "Marsel"ə rəhbərlik edəcək.
Qeyd edək ki, Qattuzo son olaraq "Valensiya"nı çalışdırıb. 45 yaşlı məşqçi əvvəllər "Napoli”, “Milan”, “Piza”, “Palermo” və “Sion” klublarında işləyib.