Futbol üzrə Qazaxıstan çempionatında 25-ci turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Avropa Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Kayrat” da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda lider “Astana” ilə qarşılaşıb. “Qarabağ”ın rəqibi bu oyundan qələbə ilə ayrılıb – 1:0. “Astana”nın bu məğlubiyyətindən maksimum yararlanan “Tobol” liderliyi ələ keçirib.

“Kayrat” bu qələbədən sonra 50 xalla 14 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.
 
“Qarabağ”la “Kayrat” arasındakı ilk oyun oktyabrın 21-də Bakıda keçirilib və Ağdam klubunun 2:1 hesablı qələbəsiylə bitib. Növbəti oyun noyabrın 4-də Qazaxıstanda keçiriləcək.