UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunun "Qarabağ"la oyununda zədələnən Romeo Lavianın durumuna aydınlıq gəlib. Sport24.az xəbər verir ki, "Çelsi"nin yarımmüdafiəçisinin ayaq əzələsində zədə aşkarlanıb. Belçikalı futbolçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Romeo Lavia bu mövsüm London təmsilçisinin heyətində 11 rəsmi matçda meydana çıxıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Çelsi" qarşılaşması 2:2 hesablı bərabərliklə başa çatıb.