"Fiorentina"nın hücumçusu Moyze Kin zədə səbəbindən İtaliya millisinin noyabr oyunlarında iştirak edə bilməyəcək. Sport24.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Kin "Fiorentina"nın oyununda zədələndiyi üçün 2026-cı il dünya çempionatının seçmə mərhələsində "Skuadra Azzurra"ya kömək edə bilməyəcək. Onun əvəzinə heyətə "Bolonya"nın futbolçusu Nikolo Kambyaqo yığmaya çağırılıb. O, millidə ilk dəfə oktyabrın 14-də İsrailə qarşı keçirilən görüşdə debüt etmişdi.
Noyabr ayında İtaliya iki seçmə mərhələ oyunu keçirəcək. Komanda 13 noyabr tarixində Kişinyovda Moldova ilə, 3 gün sonra isə Milanda Norveçlə qarşılaşacaq. Cennaro Qattuzonun komandası hazırda qrupda 2-ci pillədə qərarlaşıb və artıq pley-off mərhələsində iştirakını təmin edib. İtaliya lider Norveçdən 3 xal geridədir.